Əsas səhifə / Elanlar / 🚀 Elanı yuxarı qaldır Satılır 4 otaqlı Yeni tikili - Səbail

Satılır 4 otaqlı Yeni tikili - Səbail

Baxışların sayı: 6 • Yeniləndi: 11.10.2026, 18:46
Kateqoriya: 🏢 Yeni tikili
Otaq sayı 4
Mərtəbə 2 / 6
Çıxarış var
Təmir yoxdur

Təsvir

Təmir yoxdur
Şıxov qəsəbəsində, Xəzər dənizinin sahilində yerləşən “Sea Life Residence” premium yaşayış kompleksində 260 m² sahəsi olan mənzil satılır. Mənzil kompleksin 6 mərtəbəli binasının 2-ci mərtəbəsində yerləşir. Çıxarışı var və təmirsizdir.

Mənzil Şıxov çimərliyindən cəmi 100 metr məsafədə, Azneft meydanından avtomobillə təxminən 15 dəqiqəlik məsafədə yerləşir. Mənzil geniş, işıqlı və panoram dəniz mənzərəlidir. Eyvanlardan biri Xəzər dənizinə, digəri isə kompleksin abad daxili həyətinə baxır.
Mənzildə “Ağıllı ev” sistemi quraşdırılıb. Bu sistem vasitəsilə evin işıqlandırma, qaz, havalandırma, internet, istilik və soyutma sistemlərini həm evin daxilindən, həm də uzaqdan idarə etmək mümkündür.
“Sea Life Residence” kompleksində sakinlərin rahatlığı üçün yerüstü və yeraltı parkinq, fitness zalı, hovuz, yaşıllıq ərazisi, avtomobilsiz həyət və 7/24 təhlükəsizlik xidməti mövcuddur.
Dənizə yaxınlığı, panoram mənzərəsi, geniş sahəsi və kompleksin təqdim etdiyi imkanlarla mənzil həm ailəvi yaşayış, həm də komfortlu həyat tərzi üçün əlverişli seçimdir.
Sənədi: Çıxarış (kupça). Real alıcı ilə qiymət barədə danışıq mümkündür.
Ofis haqqı 1%-dir. KOD: 3005

Elan kodu 3005 Status Aktiv
650 000 AZN
📄 kupca
Əlaqə məlumatı

Telefon: 0772551300

Zəng et
Paylaş
Facebook Telegram WhatsApp
❮ ❯