Satılır 18 sot Torpaq - Abşeron
Təsvir
Saray qəsəbəsində 18 sot boş torpaq sahəsi təcili olaraq satılır. Torpaq sənədlə tam 18 sotdur, sənədi Çıxarışdır (Kupça) və yaşayış təyinatlıdır (tikinti üçün tam uyğundur). İstəkdən asılı olaraq bölünüb də satıla bilər, bütöv də.
Ərazidən Duz gölünə gözəl mənzərə açılır. Məhlənin tam girişində yeni yol və körpü inşası bitmək üzrədir. Bu yeni yol sayəsində köhnə Novxanı və Binəqədi tıxaclarına girmədən birbaşa 5 dəqiqəyə şəhərə çıxış olacaq, əks tərəfi isə birbaşa "Sea Breeze" yoluna birləşəcək.
Ərazi yüksək investisiya potensialına malikdir və qiymətlər günü-gündən qalxır. Tikinti işləri tam başa çatdıqdan sonra (6 ay - 1 il ərzində) sotun qiymətinin ən azı 10 000 – 12 000 AZN olacağı gözlənilir. Təcili pul ehtiyacı olduğu üçün potensial dəyərindən xeyli aşağı təklif olunur.
Ofis haqqı: 1% Kod: 02-9313